AZ

Manukyandan xəyanət etirafı: “Çox pis iş gördük, onları arxadan vurduq”

Ermənistan Ukrayna ilə müharibəyə başı qarışan Rusiyanı kürəyindən bıçaqladı.

Teleqraf.com xəbər verir ki, bunu Erməni Milli Konqresi Partiyası sədrinin müavini Aram Manukyan deyib.

Siyasətçi Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlaması və ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamasının bu anlama gəldiyini bildirib:

“Bu gün ölkədəki anti-Rusiya əhval-ruhiyyəsinin haqlı əsasları ola bilər, amma Rusiyanın Ukrayna ilə müharibədə çətin vəziyyətdə olduğu bir vaxtda onun kürəyindən bıçaqlanmasına heç bir əsas yoxdur. Bu dövrdə çətin vəziyyətdə olan partnyorumuzu arxadan bıçaqlamağımız çox pis görünür.

Avropa İttifaqına gəlincə, bizi orada qəbul etmək istəmirlər, etməyəcəklər. Üstəgəl, artıq genişlənmək planı olmadığı üçün Avropa İttifaqı qapılarını bağlayıb. Avropalılar Yunanıstan, Kipr və digər ölkələrin dərdinə dərman ola bilmirlər. Bu gün Avropa İttifaqına gedən yollar bağlıdır.

Qitənin enerji ilə bağlı vəziyyəti, ABŞ ilə yetişən ciddi münaqişələr, Avropa İttifaqı-Rusiya qarşıdurması heç bir ölkəyə bu quruma üzv olmaq şansı verməyəcək. Arzuları reallıq kimi təqdim etmək dəlilikdir. Heç bağça müəllimi də bunu eləməz. Süni şəkildə Avropa İttifaqına doğru itələnən ölkələrin hamısı – Ukrayna, Moldova və Gürcüstan çox pis vəziyyətdədir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
6
49
teleqraf.com

10Mənbələr