AZ

Latviya və İsveç arasında sualtı kabelin sirli zədələnməsi: Qəza yerindən ilk görüntülər əldə edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Latviya hökuməti Baltik dənizində Latviya və İsveç arasındakı sualtı kabelin zədələndiyi yerdən ilk videogörüntüləri əldə edib.
Oxu.Az-ın "Delfi" portalına istinadla verdiyi məlumata görə, bu barədə Latviyanın Baş naziri Evika Silinya bildirib.
Onun sözlərinə görə, Latviya Hərbi Dəniz Qüvvələri İsveç tərəfdaşları ilə birlikdə dəniz kabelinin zədələndiyi yeri yoxlayıb və ilk videoçəkilişlərin nəticələrini əldə ediblər.
"Kabelin qırıldığı yerin tapılması ehtimalı yüksəkdir, lakin 100 metr dərinlikdə görüntü məsafəsi yalnız 10-larla santimetr təşkil edir", - deyə o qeyd edib.
Baş nazir bildirib ki, əldə edilən məlumatların daha dərin təhlilinə ehtiyac var.
Xatırladaq ki, yanvarın 26-da Latviya Dövlət Radio və Televiziya Mərkəzi (LVRTC) Latviya və İsveç arasındakı sualtı fiber-optik kabelin xarici təsir nəticəsində zədələndiyini bildirib.
İsveç Prokurorluğu Baltik dənizində İsveç və Latviya arasındakı rabitə kabelinin zədələnməsindən sonra ehtimal olunan təxribat faktı üzrə araşdırmaya başlayıb. Araşdırmada milli polis əməliyyatları idarəsi, sahil mühafizəsi və silahlı qüvvələr də daxil olmaqla bir neçə qurum iştirak edir.
Seçilən
17
4
oxu.az

10Mənbələr