Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili sabah Ermənistana rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
M.Boçorişvili səfər çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.
Görüşlərdən sonra XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, bu həftə ərzində Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası da planlaşdırılıb.
Müəllif: Teleqraf.com