Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edildi -
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 1 və 2 fevral tarixlərində əlavə qatar reysləri təyin edib.ADY-dən Metbuat.az-a verilən məlumata görə, eyni zamanda sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytıdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.![](//metbuat.az/uploads/1/cb2effa2bf-679a216486402679a2164864031738154340679a216486400679a216486401.jpg)