![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/bay.webp)
“Fox News” telekanalının keçmiş aparıcısı, 2023-cü ildən isə müstəqil jurnalist kimi fəaliyyətini davam etdirən Taker Karlson diqqətçəkən bir iddia ilə çıxış edib. O bildirib ki, ABŞ-ın keçmiş prezidenti Baydenin Rusiya lideri Putini öldürməyə cəhd edib.
Karlson iddiasını təsdiqləyən heç bir sübut təqdim etməyib, lakin Bayden administrasiyasının bu addımları atdığını və "xaosu qoruyucu qalxan kimi” gördüyünü deyib. O, Baydenin prezidentliyinin son dövrlərində diqqətləri yayındırmaq üçün xaosa ehtiyac duyduğunu və Putinin ortadan qaldırılmasının da bu strategiyanın bir hissəsi ola biləcəyini iddia edib.
Bu cür təşəbbüsləri “dəlilik” kimi xarakterizə edən Karlson sui-qəsd cəhdinin vaxtı, yeri və təfərrüatları ilə bağlı məlumat verməyib. O, deyib ki, belə bir hadisə baş verərsə, Rusiyaya və onun nüvə arsenalına kimin nəzarət edəcəyini sualı ortaya çıxır.
Amerikalı jurnalistin iddiaları arasında təkcə Baydenin deyil, keçmiş dövlət katibi Antoni Blinkenin də adı çəkilir. Karlson bildirib ki, Blinken də vəzifəsinin son iki ayında “Putini öldürmək kimi, əsl müharibəyə cəhdlər edirdi”.
Karlsonun Bayden administrasiyasının Putini öldürməyə cəhd etməsi ilə bağlı iddiasını şərh edən Kremlin sözçüsü Peskov isə deyib, Rusiya xüsusi xidmət orqanları ictimai təhlükəsizliyi, dövlət himayəsində olan şəxslərin, xüsusilə də prezidentin təhlükəsizliyini təmin etmək üçün daim bütün lazımi tədbirləri görürlər.
TAHİR