AZ

Avropa İttifaqının səfirləri Ermənistanda monitorinq missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər » AzadMedia.az



Bir neçə saat əvvəl Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirləri Ermənistandakı müşahidə missiyasının müddətinin iki il müddətinə uzadılmasını təsdiqləyiblər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar.

Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı nəzərdə tutulur: 165 xarici və 44 erməni üzv. Ermənistandakı missiyanın fikrincə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kallas Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinin daha iki il müddətinə uzadılmasını təklif etmişdi.
Seçilən
2
9
azadmedia.az

10Mənbələr