AZ

Çempionlar Liqasında “davam” və “tamam” deyənlər - Siyahı

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az bu gecə baş tutan 18 qarşılaşmadan sonra 1/8 final və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşiblər.

İlk 8 pilləni tutan bu komandalar birbaşa ÇL-in 1/8 final mərhələsinə vəsiqə qazanıblar:

“Liverpul” (İngiltərə)
“Barselona” (İspaniya)
“Arsenal” (İngiltərə)
“İnter” (İtaliya)
“Atletiko” (Madrid, İspaniya)
“Bayer” (Almaniya)
“Lill” (Fransa)
“Aston Villa” (İngiltərə).

Liqa mərhələsinin yekun turnir cədvəlində 9-24-cü pillələri tutmuş bu 16 komanda isə 1/8 finala vəsiqə uğrunda pley-off görüşlərində iştirak hüququ əldə edib:

“Atalanta” (İtaliya)
“Borussiya (Dortmund, Almaniya)
“Real” (İspaniya)
“Bayern” (Almaniya)
“Milan” (İtaliya)
PSV (Niderland)
PSJ (Fransa)
“Benfika” (Portuqaliya)
“Monako” (Fransa)
“Brest” (Fransa)
“Feyenoord” (Niderland)
“Yuventus” (İtaliya)
“Seltik” (Şotlandiya)
“Mançester Siti” (İngiltərə)
“Sportinq” (Lissabon, Portuqaliya)
“Brügge” (Belçika).

Son 12 pillədə yer almış bu komandalar isə Çempionlar Liqası ilə vidalaşıblar:

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Ştutqart” (Almaniya)
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Bolonya” (İtaliya)
“Srvena Zvezda” (Serbiya)
“Şturm Qras” (Avstriya)
“Sparta” (Praqa, Çexiya)
“Leypsiq” (Almaniya)
“Jirona” (İspaniya)
“Zalsburq” (Avstriya)
“Slovan” (Bratislava, Slovakiya)
“Yanq Boyz” (İsveçrə).

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşləri fevralın 11-də və 12-də keçiriləcək. Cavab qarşılaşmaları isə həmin ayın 18-də və 19-da baş tutacaq. 1/8 final mərhələsinin görüşləri isə 4-5 mart və 11-12 marta təsadüf edəcək. 1/4 finalın ilk oyunları 8-9 apreldə, cavab görüşləri 15-16 apreldə baş tutacaq.

Yarımfinalın ilk qarşılaşmaları 29-30 apreldə, cavab matçları 6-7 mayda keçiriləcək. Cari mövsümün qalibi isə mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq final görüşündə müəyyənləşəcək.

Seçilən
1
25
arena.az

10Mənbələr