AZ

HƏMAS-ın yanvarın 30-da kimləri azad edəcəyi məlum olub

Fələstinin Həmas hərəkatı yanvarın 30-da hansı israilli girovları azad edəcəyini açıqlayıb. Bu barədə TASS məlumat yayıb.

Sərbəst buraxılması gözlənilənlər arasında İsrail vətəndaşı Arbel Yehud, İsrail ordusunun əsgəri Agam Berger və 80 yaşlı israilli Qadi Mozes də var. Onlar Qəzza zolağında girov saxlanılır.

Bundan əvvəl İsrailin 30-u azyaşlı olmaqla 110 fələstinli məhbusu cümə axşamı, yanvarın 30-da azad edəcəyi məlum olub. Açıqlamaya görə, mübadilə prosesinin birinci mərhələsində ömürlük azadlıqdan məhrum edilmiş 32 məhbus, uzun müddətə azadlıqdan məhrum edilmiş 48 məhbus və 30 uşaq azadlığa buraxılacaq.

Bundan bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin Həmas hərəkatı tərəfindən yanvarın 30-da azad ediləcək girovların adlarının ölkəyə daxil olduğunu açıqlamışdı.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
3
21
oxumeni.az

10Mənbələr