AZ

"Qarabağ" Avropa Liqasında sonuncu oyununa çıxır

Bu gün "Qarabağ" UEFA Avropa Liqasında Yunanıstanın "Olimpiakos" klubu ilə üz-üzə gələcək.   Manset.az xəbər verir ki, Liqa mərhələsinin sonuncu - VIII turunun oyunu Bakı vaxtı ilə saat 23:59-da start götürəcək. Pirey. Georgios Karaiskakis stadionunda baş tutacaq olan qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək. Növbəti mərhələ şansını itirən "köhlən atlar" 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri 12 xalla 12-ci sıradadır. Yunanların 1/8 finala yüksəlmək şansı da davam edir. UEFA Avropa Liqası Liqa mərhələsi VIII tur 30 yanvar

23:59. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ"

Seçilən
2
19
manset.az

10Mənbələr