Bakı. Trend:
Ötən il İcbari Tibbi Sığorta ilə aparılan xoşxassəli beyinşişinin çıxarılması əməliyyatının sayı məlum olub.
Trend-in məlumatına görə, bu barədə İcbari TibbiSığorta üzrə Dövlət Agentliyi tərəfindən bildirilib ki, ötən ilərzində Xidmətlər Zərfi çərçivəsində450-dən çox xoşxassəli beyinşişinin çıxarılması əməliyyatıicra olunub.
Qeyd edilib ki, xoşxassəli beyin şişlərinin müayinə və cərrahimüalicəsi icbari tibbi sığorta ilə qarşılanır.
"Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan,eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edənyenitörəmələrdir. Bu şişlər xoşxassəli və bədxassəli olmaqlamüxtəlif xüsusiyyətlərə malik ola bilər.
Xoşxassəli şişlər ləng inkişaf edir və orqanizmin digərhissələrinə yayılmırlar (metastaz vermirlər). Lakin ətraftoxumalara təzyiq göstərərək nəticədə nevroloji və şişinyerləşməsinə aid simptomlar əmələ gətirir və müəyyən ölçülərəçatdıqda həyati təhlükə yaratmağa başlayırlar. Beyin şişləri başağrısı, nitqin pozulması, yaddaş itkisi, görmə və eşitməproblemləri, başgicəllənmə, əl və ayaqlarda keyimə, hərəkətinçətinləşməsi, ürəkbulanma və ya qusma kimi simptomlarla müşahidəolunurlar.
Xəstəliyin diaqnostika və müalicəsi nevropatoloq və neyrocərrahtərəfindən aparılır. Pasiyentin şikayətlərinə əsasən həkim təyinatıilə tələb olunan müayinələr icra edilir. Beyin şişlərininaşkarlanması və müalicəsi üçün lazım olan ixtisaslı həkimmüayinəsi, MRT, kontrastlı MRT, KT, ExoEQ, EEQ, laboratoranalizlər, digər müayinələr və cərrahi əməliyyat icbari tibbisığorta hesabına qarşılanır.
Əsas müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. İcra ediləncərrahi əməliyyat, stasionarda yatış zaman istifadə edilən dərman,tibbi sərf və anesteziya, qidalanma, biopsiya və patohistolojimüayinələr icbari tibbi sığorta təminatına daxildir.
İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbigöstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövləttibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl vəmüvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.
Məlumat üçün bildirək ki, beyin və digər lokalizasiyalı şişlərininkişafı radiasiya, müxtəlif toksiki maddələrin təsiri, ətrafmühitin əhəmiyyətli dərəcədə çirklənməsi, genetik faktorlar, immunsistemin zəifləməsi və s. ilə əlaqələndirilir. Beyin şişlərininxüsusi profilaktik tədbirləri olmasa da, erkən diaqnoz xəstələrinsağalma şansını yüksəldir. Bu səbəbdən şübhəli simptomlar müşahidəolunarsa, vaxtında həkimə müraciət etmək çox vacibdir",- deyəməlumatda qeyd edilib.