AZ

Premyer Liqa: 21-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024-2025-ci illər mövsümünün 21-ci turunun hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Sabah keçiriləcək “Kəpəz” – “Sabah” matçı Fərid Hacıyevə, “Neftçi” – “Şamaxı” görüşü isə Rəşad Əhmədova tapşırılıb.

Fevralın 1-nə təsadüf edəcək “Turan Tovuz” – “Səbail” matçında Tural Qurbanov söz sahibi olacaqsa, “Sumqayıt” – “Araz-Naxçıvan” görüşünü Cavid Cəlilov idarə edəcək.

Sonuncu oyun gününün yeganə görüşü olan “Zirə” – “Qarabağ” qarşılaşması isə Rəvan Həmzəzadə tərəfindən idarə olunacaq.

Premyer Liqa
21-ci tur
31 yanvar

“Kəpəz” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu. Saat 16:00.

“Neftçi” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Neftçi Arena”. Saat 18:30.

1 fevral

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu. Saat 16:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 18:30.

2 fevral

“Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksi. Saat 19:00.

Seçilən
15
50
arena.az

10Mənbələr