1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycanda səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəd var ki, onlar ya tamamilə yenilənməli, ya da müəyyən dəyişikliklər edilməlidir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, həmin sənədlər kadrlarla, ilkin səhiyyə xidmətləri ilə, maddi-texniki baza ilə və s. bağlıdır:
"Azərbaycanda ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır. Tibbi xidmətlərin sayının artırılması ilə bağlı işlər gedir. Xidmətlər zərfindəki 35 xidməti 150-yə çatdırmağı nəzərdə tuturuq. Bərdə rayonundakı pilot layihəyə görə isə bu say 83-ə çatdırılacaq".