Yunanıstandakı ab-havadan xəbər tutmaq üçün hazırda orda olan həmkarımız Aydın Bağırovla əlaqə saxladıq:
“Qazonun oyuna mane ola biləcək vəziyyəti yoxdu. Xüsusi ab-hava hiss olunmur. Yəqin ki, axşama qədər hiss oluna bilər. Yerli media, təbii ki, “Olimpiakos”u diqqət mərkəzində saxlayır. Çünki “Olimpiakos”a qələbə lazımdı. Rəqib komandanın azarkeşləri həmişə fərqlənib. Axşamkı oyunda da xeyli azarkeş olacaq”.
ƏSƏD SEYİDOV