Dalğıclar Vaşinqton yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin “qara qutu”larından birini aşkar edib.
Bu barədə məlumatı “CBS News” telekanalı yayıb.
Bununla yanaşı, onlar çaya düşən təyyarənin kabininə də daxil ola biliblər və burada baqajlar aşkar edilib.
Bildirilib ki, çayın axını təyyarənin qalıqlarını və cəsədlərini qəza yerindən uzağa aparıb.
Xatırladaq ki, bu gün Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb .“BNO News” portalının məlumatına görə, çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.
©qafqazinfo.az