1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ümumi mərhələsinin sonuncu - 8-ci turunda Belçikanın "Brügge" komandasına qarşı oyunu izləyərkən emosionallığını saxlaya bilməyib. O, matçı alnında və başında cırmaq izləri ilə bitirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Xatırladaq ki, ispaniyalı məşqçi noyabr ayında "Feyenord"la Çempionlar Liqası oyunu zamanı da üzünü cırmışdı. Həmin oyunda "şəhərlilər" üç qol üstünlüyünü əldən verərək 3:3 hesabı ilə heç-heçə etmişdilər.
"Mançester Siti" və "Brügge" arasında oyun İngiltərənin "Etihad" stadionunda baş tutub. Oyunu Xose Sançes Martinesin rəhbərlik etdiyi ispan hakimlər briqadası idarə edib. "Mançester Siti" 3:1 hesabı ilə qələbə qazanıb.
Çempionlar Liqasının ümumi mərhələsinin nəticələrinə görə "Mançester Siti" 11 xalla turnir cədvəlində 22-ci yeri tutub.