Bakı. Trend:
Müntəzəm sərnişin daşımalarında istismara buraxılacaq elektrikmühərrikli avtobuslar alınacaq və avtobuslara xidmət göstərəcəkqaraj (depo) və elektrik doldurma infrastrukturu inkişafetdiriləcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlhamƏliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2025−2027-ci illər ərzində elektrikmühərrikli avtobusların sayı, qaraj (depo) və elektrik doldurmaməntəqələrinin yerləri müəyyən ediləcək, torpaq sahələri ayrılacaqvə tikinti işləri aparılacaq, 1000-dək elektrik mühərrikliavtobuslar alınacaq, qarajların (depoların) və elektrik doldurmaməntəqələri istifadəyə veriləcək.