AZ

5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışla əlaqədar zəruri prosessual hərəkətlər icra edilir - Baş Prokurorluq

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq məlumat verilib.

Bildirilib ki, faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
7
9
ikisahil.az

10Mənbələr