AZ

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində 1/16 finalın cütləri bəlli olub.

ÇL-in Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları fevralın 11-də və 12-də keçiriləcək. Cavab qarşılaşmaları isə 18-19 fevralda baş tutacaq.

“Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Bayer” (Almaniya) və “Lill” (Fransa) birbaşa 1/8 final mərhələsində mübarizə aparacaqlar.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

“Brügge” (Belçika) – “Atalanta” (İtaliya)
“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
“Seltik” (Şotlandiya) – “Bayern” (Almaniya)
“Yuventus” (İtaliya) – PSV (Niderland)
“Feyenoord” (Niderland) – “Milan” (İtaliya)
“Brest” (Fransa) – PSJ (Fransa)
“Monako” (Fransa) – “Benfika” (Portuqaliya)

Seçilən
56
49
arena.az

10Mənbələr