1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Barselona"nın polşalı ulduzu Robert Levandovski İspaniya klubu ilə müqavilə müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, forvard "Barselona" ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ildən Kataloniya təmsilçisinin şərəfini qoruyur. O, bu mövsüm "Barselona" forması ilə 33 oyunda meydana çıxıb, 31 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.