AZ

Böyük Britaniyanın baş naziri Zelenskidən Trampla münasibətləri yaxşılaşdırmasını xahiş edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenskidən ABŞ Prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmağı xahiş edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
"Starmer Volodimir Zelenskini Ağ Evə qayıtmağa və Oval ofisdəki mübahisədən sonra Donald Trampla münasibətləri düzəltməyə çağırıb", - qəzet yazıb.
Nəşrin yazdığına görə, Britaniyanın baş naziri Zelenskiyə Trampla görüşdən sonra onu Ağ Evə qayıtmağa razı salmaq üçün zəng edib, daha sonra isə gərginliyi azaltmaq üçün Trampa zəng edib. Qeyd olunur ki, onun cəhdləri uğursuz olub.
Starmer, həmçinin qeyd edib ki, London və Paris Kiyevlə Ukraynadakı münaqişəyə son qoymaq planı üzərində işləyəcək, sonra isə bunu Vaşinqtonla müzakirə edəcəklər.
Seçilən
87
50
oxu.az

10Mənbələr