AZ

Britaniya Ukrayna üzərində hava məkanını bağlamağa hazırdır: Baş nazirdən bəyanat

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna üzərində hava məkanını bağlamağa hazır olduğunu bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sky News" məlumat verib.
Məlumata görə, bu yolla Kiyevin müttəfiqi sülh sazişinin təmin edilməsinə ümid edir.
Starmerin sözlərinə görə, Avropa ölkələri koalisiyası Rusiya və Ukrayna arasında sülhü təmin edəcək razılaşmanın müdafiəsinə qalxa bilərlər.
"Bununla əlaqədar olaraq, Aİ-nin bir sıra üzvləri müdafiə xərclərini artırmağa hazırdırlar", - deyə Böyük Britaniyanın baş naziri əlavə edib.
Kir Starmer etiraf edib ki, belə bir koalisiya hələ tam formalaşmayıb, lakin bu cür hərəkətlərə hazır olanlar təcili olaraq planlarını işə salacaqlar.
Baş nazir, həmçinin jurnalistlərin Aİ üzvlərinin Ukraynaya qoşun göndərə bilib-bilməyəcəyi ilə bağlı sualını da cavablandırıb.
"Böyük Britaniya digərləri ilə birlikdə yerdə və havada olan hərəkətlərlə bunu dəstəkləməyə hazırdır. Avropa ağır yükü öz üzərinə götürməlidir", - deyə o qeyd edib.
Seçilən
90
50
oxu.az

10Mənbələr