Rusiya prezidenti Vladimir Putin dünən axşam saatlarında ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkovu qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Diplomat bildirib ki, Putin onun vasitəsilə ABŞ lideri Donald Trampa məlumat çatdırıb: "Dünən axşam saatlarında Vitkov artıq prezident Putin tərəfindən qəbul edilib, Rusiya tərəfinə əlavə məlumat verilib. Onun vasitəsilə Putin prezident Trampa məlumat və əlavə siqnallar ötürdü".
Kreml Putinlə Vitkov arasında söhbətin mövzularını açıqlamayıb.
Ağarza Elçinoğlu