Sea Breeze

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın 2024-cü il üzrə maliyyə hesabatı təsdiq edilib.

BAKU NEWS APA-ya istinadən məlumat verir ki, qanunvericiliyə uyğun olaraq 2024-cü il üzrə maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2024-cü il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.

ETX
ETX
ETX