AZ

Dəmir yolu nəqliyyatı vasitələri ilə daşınan yüklərin həcmi 14%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan üzərindən dəmir yolunəqliyyatı vasitələri ilə 526,6 milyon ABŞ dolları dəyərində 1,3milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 51,8 milyon ABŞ dolları və ya 10,9%,həcm ifadəsində isə 158,7 min ton və ya 14,3% çoxdur.

Belə ki, hesabat dövründə sözügedən nəqliyyat vasitələri iləAzərbaycana 398,8 milyon ABŞ dolları dəyərində 848,6 min ton yükidxal olunub. Bu isə 2024-cü ilin yanvar-fevral ayları iləmüqayisədə dəyər baxımından 50,3 milyon ABŞ dolları və ya 14,4%,həcm baxımından isə 174,1 min ton və ya 25,8% artım deməkdir.

Eyni zamanda cari ilin yanvar-fevral aylarında dəmir yolunəqliyyatı vasitələri ilə Azərbaycandan 127,7 milyon ABŞ dollarıdəyərində 416 min ton yük ixrac olunub ki, bu da ötən ilin eynidövrü ilə müqayisədə dəyər ifadəsində 1,4 milyon ABŞ dolları və ya1,1% çox, həcm ifadəsində isə 15,4 min ton və ya 3,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında müxtəlif daşınmavasitələri ilə ümumilikdə 8,9 milyard ABŞ dolları dəyərində 10,6milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər baxımından 1,7 milyard ABŞ dolları və ya 23,2%,həcm baxımından isə 678,7 min ton və ya 6,8% çoxdur.

Seçilən
80
8
az.trend.az

10Mənbələr