Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan üzərindən dəniznəqliyyatı vasitələri ilə 438,4 milyon ABŞ dolları dəyərində 440,6min ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 185,5 milyon ABŞ dolları və ya 73,3%,həcm ifadəsində isə 154,1 min ton və ya 53,8% çoxdur.
Belə ki, hesabat dövründə sözügedən nəqliyyat vasitələri iləAzərbaycana 431 milyon ABŞ dolları dəyərində 420,3 min ton yükidxal olunub. Bu isə 2024-cü ilin yanvar-fevral ayları iləmüqayisədə dəyər baxımından 205,2 milyon ABŞ dolları və ya 90,9%,həcm baxımından isə 143 min ton və ya 51,5% artım deməkdir.
Eyni zamanda cari ilin yanvar-fevral aylarında dəniz nəqliyyatıvasitələri ilə Azərbaycandan 7,3 milyon ABŞ dolları dəyərində 20,3min ton yük ixrac olunub ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 19,8 milyon ABŞ dolları və ya 72,9% az,həcm ifadəsində isə 11,1 min ton və ya 2,2 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında müxtəlif daşınmavasitələri ilə ümumilikdə 8,9 milyard ABŞ dolları dəyərində 10,6milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər baxımından 1,7 milyard ABŞ dolları və ya 23,2%,həcm baxımından isə 678,7 min ton və ya 6,8% çoxdur.