AZ

Avtomobil nəqliyyatı vasitələri ilə daşınan yüklərin həcmi 9%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan üzərindən avtomobilnəqliyyatı vasitələri ilə 1,9 milyard ABŞ dolları dəyərində 955,5min ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 143,4 milyon ABŞ dolları və ya 8%, həcmifadəsində isə 80,4 min ton və ya 9,2% çoxdur.

Belə ki, hesabat dövründə sözügedən nəqliyyat vasitələri iləAzərbaycana 1,6 milyard ABŞ dolları dəyərində 567,3 min ton yükidxal olunub. Bu isə 2024-cü ilin yanvar-fevral ayları iləmüqayisədə dəyər baxımından 94,1 milyon ABŞ dolları və ya 6,2%,həcm baxımından isə 18,2 min ton və ya 3,3% artım deməkdir.

Eyni zamanda cari ilin yanvar-fevral aylarında avtomobilnəqliyyatı vasitələri ilə Azərbaycandan 330,7 milyon ABŞ dollarıdəyərində 388,2 min ton yük ixrac olunub ki, bu da ötən ilin eynidövrü ilə müqayisədə dəyər ifadəsində 49,2 milyon ABŞ dolları və ya17,5%, həcm ifadəsində isə 62,2 min ton və ya 19,1% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında müxtəlif daşınmavasitələri ilə ümumilikdə 8,9 milyard ABŞ dolları dəyərində 10,6milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər baxımından 1,7 milyard ABŞ dolları və ya 23,2%,həcm baxımından isə 678,7 min ton və ya 6,8% çoxdur.

Seçilən
88
8
az.trend.az

10Mənbələr