Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan üzərindən havanəqliyyatı vasitələri ilə 1,7 milyard ABŞ dolları dəyərində 2,2 minton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 1,4 milyard ABŞ dolları və ya 5,8 dəfə,həcm ifadəsində isə 78 ton və ya 3,6% çoxdur.
Belə ki, hesabat dövründə sözügedən nəqliyyat vasitələri iləAzərbaycana 1,6 milyard ABŞ dolları dəyərində 2,1 min ton yük idxalolunub. Bu isə 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədədəyər baxımından 1,4 milyard ABŞ dolları və ya 6 dəfə, həcmbaxımından isə 189 ton və ya 9,8% artım deməkdir.
Eyni zamanda cari ilin yanvar-fevral aylarında hava nəqliyyatıvasitələri ilə Azərbaycandan 54,9 milyon ABŞ dolları dəyərində 131ton yük ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 37,4 milyon ABŞ dolları və ya 3,1 dəfə çox, həcmifadəsində isə 112 ton və ya 46,1% azdır.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında müxtəlif daşınmavasitələri ilə ümumilikdə 8,9 milyard ABŞ dolları dəyərində 10,6milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər baxımından 1,7 milyard ABŞ dolları və ya 23,2%,həcm baxımından isə 678,7 min ton və ya 6,8% çoxdur.