AZ

İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna yeni zərbələr endirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, zərbələrin hədəfi Suriyanın cənubundakı Xan-Arnaba qəsəbəsi ərazisində yerləşən artilleriya vasitələri olub.

“Suriyanın cənubunda silahların olması İsrail dövləti üçün təhlükə yaradır. İsrail Ordusu Suriyanın cənubunda hərbi təhlükənin olmasına imkan verməyəcək”, – hərbçilər bildirib.

Seçilən
41
50
nocomment.az

10Mənbələr