AZ

Televizorun pultu ilə sevgilisini ŞİKƏST ETDİ

  Rusiyasının şimal-qərb hissəsində yerləşən Kareliya Muxtar Respublikasının sakini sevgilisi ilə mübahisə etdikdən sonra cinayət işində təqsirləndirilən şəxs olub.

Bu barədə muxtar respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb .

Zərərçəkmiş sevgilisi ilə dava edib və söz-söhbət zamanı kişi televizorun pultunu onun üstünə atıb. Cihaz qızın taxdığı eynəyə dəyib və şüşə qırıntıları onun gözünü zədələyib və tibbi yardıma ehtiyac olub. Xəstəxanada xəsarətlər sağlamlığa orta dərəcəli zərər kimi qiymətləndirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxs günahını etiraf edib və əməlindən peşman olub. Onu 3 ilədək həbs cəzası gözləyə bilər.

Sonradan məlum olub ki, sevgililər artıq barışıblar./Publika.az   

Seçilən
74
50
referans.az

10Mənbələr