AZ

“Qarabağ”ın sabiq qapıçısı bu kluba KEÇİR

"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Yunanıstanda klubunu dəyişəcək.

Bizim.Media xəbər verir ki, hazırda "Panserraikos"da çıxış edən gürcü qolkiper PAOK-a keçəcək. Bu barədə yunan mediası məlumat yayıb.
 

Artıq klublar arasında razılıq əldə olunub. PAOK Luka üçün onun klubuna 1 milyon avro təzminat ödəyib. 25 yaşlı "əlcək sahibi" Saloniki təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.


Qeyd edək ki, Luka Quqeşaşvili mövsümün əvvəlində "Qarabağ"dan "Panserraikos"a keçib. Gürcüstan millisinin üzvü Super Liqa təmsilçisinin heyətində 25 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
125
43
bizim.media

10Mənbələr