AZ

Maşını sürətlə sürdüyü üçün döyülən sürücü 3 nəfəri vurdu

Gəncədə 3 nəfər maşını sürətlə idarə edən sürücünü döyüb.

"Unkal"ın məlumatına görə, hadisə şəhərdə yerləşən Sosial binaların yaxınlığında baş verib. Davadan sonra 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə  yerləşdiriliblər. Xəsarət alanlara dərhal  yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir. Xəsarət alanlar 1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayevdir.

Məlumata görə, hadisə küçədən maşını sürətlə sürmək üstündə baş verib. Bu zaman 3 nəfər avtomobil sürəni döyüblər, bundan sonra döyülən sürücü 3 nəfəri avtomobilə vurub.

Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları tərəfindən a araşdırmalar aparılır.

Tural Əhmədov

Seçilən
50
25
unikal.az

10Mənbələr