Bu gün Azərbaycan 2-ci liqasında 17-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 3 matçt keçiriləcək. "Füzuli" "Haypers Quba" ilə qarşılaşıb. "Şimal" "Qusar"la üz-üzə gəlib. "Kür-Araz" isə "Dinamo"nu qəbul edib.
19 mart (çərşənbə)
15:00. “Füzuli” – “Haypers Quba” - 3:3
Qollar: Elgün Abbaslı, 37 - pen; Samir Əliyev, 53, Zöhrab Bayramov, 90 - Cavid
İmamverdiyev, 15, 47, Ağabəkir Həşimli, 58
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Sənan Bayramzadə
Şamaxı OİK stadionu
15:30. “Şimal” – “Qusar” - 1:0
Qol: İqrar Səmədov, 13
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Nazim Abdullayev
Siyəzən şəhər stadionu
15:30. “Kür-Araz” – “Dinamo” - 1:3
Qollar: Elxan Məmmədov, 58 - Şahin Əliyev, 9, Əlisa İsayev, 36, Ziya Məmmədli, 67
Qırmızı vərəqə: Museyib Vəlizadə, 41 ("Kür-Araz")
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Heydər Əliyev adına İmişli şəhər stadionu
18 mart (çərşənbə axşamı)
"Şəki Siti" - "Göygöl" - 1:1
"Lerik" - "Ağdaş" - 3:2
"Şəmkir" - "Şahdağ Qusar" - 1:1
"Araz Saatlı" - "Şəfa" - 0:10