Moskva Bakıya "Rus Evi" ilə bağlı təkliflər təqdim edib
Rusiya Azərbaycan tərəfinə Bakıdakı "Rus Evi" ətrafında yaranan vəziyyətin tənzimlənməsi ilə bağlı təkliflər təqdim edib və konstruktiv qarşılıqlı yanaşma gözləyir.
Oxu.Az-ın TASS-a istinadən bildirdiyinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat brifinqində bu mövzuda çıxış edib.


