Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda POS-terminallar vasitəsiləaparılan ölkədaxili ödənişlərin sayı 56,9 milyon ədədə, həcmi isə1,052 milyard manata bərabər olub.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə say baxımından 13,8 milyon ədəd və ya 32%, həcmbaxımından isə 122 milyon manat və ya 13,1% çoxdur.
Eyni zamanda, Azərbaycanda POS-terminallar vasitəsilə aparılanölkədaxili ödənişlərin cəmi sayından 55,3 milyon ədədi, ümumihəcmindən isə 1,004 milyard manatı təmassız qaydada həyatakeçirilib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə say ifadəsində 13,7milyon ədəd və ya 32,9%, həcm ifadəsində isə 134 milyon manat və ya15,4% artım deməkdir.