Pakistan quru qoşunları Əfqanıstanla sərhəddə atışma zamanı 16 yaraqlını öldürüb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Qoşunlarımız səmərəli fəaliyyət göstərərək bu qüvvələrin ölkə ərazisinə sızmaq cəhdlərinin qarşısını aldı”, – ordu mətbuat xidməti bildirib.
Hadisə martın 23-ü gecə Pakistan Şimali Vəziristan rayonunda (Xayber-Paxtunxva əyaləti) baş verib.
Qeyd olunub ki, atışma Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiqin ölkələr arasında münasibətləri və iqtisadi məsələləri müzakirə etmək üçün Kabilə səfəri fonunda baş verib.(Report)