AZ

Elvin Cəfərquliyev milli komandadan uzaqlaşdırıldı

Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev düşərgədən kənarlaşdırılıb.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Offsideplus.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, buna futbolçunun dünən Haiti yığmasına qarşı oyunda qırmızı vərəqə alması səbəb olub:

"Haiti ilə beynəlxalq yoldaşlıq görüşü FIFA-nın təqvimi əsasında keçirildiyindən, bu oyunda rəsmi matçlarda tətbiq olunan qaydalar keçərli idi. Bu səbəbdən Elvin Cəfərquliyev növbəti yoldaşlıq oyununda forma geyinə bilməz. O, dünənki qarşılaşmadan sonra milli komandanın düşərgəsindən yola salınıb".

Xatırladaq ki, E.Cəfərquliyev Azərbaycan - Haiti matçının (0:3) 85-ci dəqiqəsində meydançadan qovulub. Müdafiəçi görüşün türk baş hakimi ilə mübahisəyə girişərək, sarı vərəqə alıb. Buna görə referini ironik alqışlayan Elvin dərhal qarşısında ikinci "sarı"nı görüb və avtomatik qırmızı vərəqə ilə paltardəyişmə otağına göndərilib.

Yığmamız növbəti oyununu martın 25-də saat 21:45-də Belarusa qarşı keçirəcək.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
32
49
Demokratikmusavat.com

10Mənbələr