AZ

Masallıda ölümlə nəticələnən qəzadan YENİ DETALLAR – VİDEO

Xəbər verildiyi kimi bu gün Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Ə.İsayevin idarə etdiyi "Opel" markalı avtomobil M.Kişiyevin idarə etdiyi "Toyota" markalı avtomobillə toqquşub.

Sürücünün idarəetməni itirməsi nəticəsində "Toyota" markalı avtomobil yolun ehtiyat hissəsində hərəkətdə olan 59 yaşlı Camal Ağayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı ağır xəsarət alan "Opel" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
43
4
bizim.media

10Mənbələr