Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.
Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. iki naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində xəsarət alıb.
Hücum edənlər hadisə yerindən qaçıblar.
Əraziyə polis əməkdşaları və təcili yardım cəlb olunub.