AZ

Ər-Riyadda sülhün təməli qoyulur?

Ukrayna nümayəndə heyəti daha bir gün Ər-Riyadda (Səudiyyə Ərəbistanı) qalacaq.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə martın 24-də nümayəndə heyətindəki mənbəyə istinadən Suspilne məlumat yayıb.

Mənbənin məlumatına görə, martın 25-də Ukrayna nümayəndələri ABŞ nümayəndə heyəti ilə təkrar görüş keçirəcək.

Qeyd edək ki, martın 23-də Ər-Riyadda Kiyev və Vaşinqton nümayəndə heyətləri görüşüb. Bunun ardınca martın 24-də Amerika nümayəndə heyəti ilə işğalçı ölkə olan Rusiya Federasiyasının nümayəndələri arasında məsləhətləşmələr aparılıb.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Rusiya heyətləri arasında görüşdən sonra amerikalıların yenidən Ukrayna nümayəndə heyəti ilə danışacağını bildirib.

ABŞ və Ukrayna nadir torpaq metalları ilə bağlı saziş imzalamaq barədə razılığa gəliblər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O deyib ki, sazişin imzalanması tezliklə baş tutacaq.

Xəbər 2 dəfə oxunub.
Seçilən
51
50
xezernews.az

10Mənbələr