AZ

Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əzəli torpaqlarımızda quruculuq işləri sürətlə irəliləyir. Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir. Şəhərin və kəndlərin sürətli bərpası ilə yanaşı, burada yaşayacaq sakinlər üçün müasir infrastruktur yaradılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün hər cür şərait təmin edilir.
Oxu.Az "ATV Xəbər"ə istinadən məlumat verir ki, yenidən qurulan Ağdam şəhəri ilə yanaşı, kəndlərin də tikintisi davam edir. Böyük Qayıdış proqramı çərçivəsində Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir.
Bu kəndlərdə tikinti işləri artıq son mərhələyə çatıb. Xıdırlı kəndində 719, Sarıcalıda 200, Kəngərlidə isə 292 fərdi evin tikintisi tamamlanmaq üzrədir. Eyni zamanda, burada emalatxanalar, icma mərkəzləri, çoxfunksiyalı binalar, məktəblər, bağçalar və kənd bazarlarının tikintisi də başa çatmaq üzrədir.
Qeyd edək ki, 2025-ci ilin sonuna qədər Ağdamda 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Seçilən
49
12
oxu.az

10Mənbələr