AZ

Azərbaycan millisinin baş məşqçisi: “Karyeramda heç vaxt bu qədər uduzmamışdım”

Karyeramda heç vaxt bu qədər uduzmamışdım.

 Tribunainfo.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini izah edib:

“İlk hissədə iki komanda intensivlik göstərdi. İlk dəqiqələrdə futbolçularım müdafiəyəmeyilli oynayırdılar. Tapşırıqlarımızdan sonra hücuma atılmağa başladı. Balanslı oyun getdi, buna baxmayaraq, iki qol buraxdıq. İkinci hissədə yaxşı oynadıq. Təəssüf ki, bəsit səhvlər buraxdıq. Hiss edirdim ki, komanda qol vura bilər. Ona görə də üçlü müdafiə sisteminə keçdik və cinahlardan daha çox hücum etməyə çalışdıq. Ümumilikdə oyunçularım yaxşı çıxış etdilər. Məğlub olmamaq üçün əlimizdən gələni etdik. Futbolçular üzgündürlər, işimizi davam etdirməliyik”.

F.Santuş gənclərə yer verdiyini xüsusi vurğulayıb:

“AFFA ilə müqaviləm var. Baş məşqçinin işi futbolçuların potensialına baxmaq və onları təhlil etməkdir. Bu gün önə doğru bir addım atdıq. Çünki gənclərə yer verdik. Bir gün gələcək ki, Azərbaycan futbol ictimaiyyəti nəticələrə sevinəcək. Amma bu asan deyil, bir qədər zaman ala bilər. Mən də hamı kimi çox üzgünəm. Karyeramda heç vaxt bu qədər uduzmamışdım”.

Qeyd edək ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutan Azərbaycan – Belarus görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
48
4
tribunainfo.az

10Mənbələr