AZ

O, növbəti mövsümdən Azərbaycan millisini təmsil edəcək

Rusiyalı fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan millisinin heyətində mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.

Jilinanın 17 yaşı var və ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsidir. İdmançı ötən mövsüm zədə səbəbindən yarışları buraxmaq məcburiyyətində qalıb.

O, 2023-cü ildə gənclər arasında Rusiya çempionatının gümüş mükafatçısı və Qran-pri turnirinin qalibi olub.

Seçilən
15
15
sportinfo.az

10Mənbələr