"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa “football.by” portalına danışıb.
Sportinfo.az xəbər verir ki, belarsulu mütəxəssis millimizin çalışdırıcısı Fernandu Santuşun çətin durumda olduğunu deyib:
"Fernandu Santuş legioner məşqçidir. Bu, hər kəs tərəfindən son dərəcə neqativ qarşılanır.
Azərbaycanda işləmək son dərəcə çətindir. Mən bunu şəxsi təcrübəmdən bilirəm.
Fernandu Santuş üçün bu, həqiqət anıdır, divara dirənib.
Orada yaxşı meydançalar var. Hava da yaxşıdır. Paradoks. Portuqaliyalının da işi çətindir.
Ümumiyyətlə, Azərbaycanda tələblər yüksəkdir. Obrazlı desək, dünya çempionatının ilk “üçlüy”ü".