AZ

"Tarixi bütünlüklə öyrənin: Ukraynadakı nüvə başlıqları Rusiyaya yox, keçmiş sovetlərə məxsus olub..."

Trampın xüsusi nümayəndəsi Riçard Qrenell SSRİ dağılandan sonra Ukrayna ərazisində olan nüvə silahlarının Rusiyaya məxsus olduğunu və bunun guya “əlverişsiz fakt” olduğunu bildirib.

Moderator.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Qrenell "X" sosial platformasında belə yazıb: 

"Gəlin Budapeşt Memorandumu ilə bağlı açıq danışaq. Nüvə silahları Rusiyaya məxsus idi və onun qalıqları idi. Ukrayna nüvə silahlarını Rusiyaya qaytardı. Onlar Ukraynaya məxsus deyildi. Bu, əlverişsiz faktdır".

ABŞ-nin Ukraynadakı keçmiş səfiri və nüvə silahları üzrə ekspert Stiven Pifer cavab verərək bildirib ki, Qrenell “qəti şəkildə səhv edir”.

Mən Budapeşt Memorandumunun hazırlanmasına kömək edirdim. Qrenell səhv edir. Ukraynadakı nüvə başlıqları Rusiyaya yox, keçmiş sovetlərə məxsus idi.

Anbarda olan döyüş başlıqlarına yalnız Ukrayna cavabdeh idi. Yalnız Rusiyaya borcların silinməsi üçün göndərilən az bir hissəsi istisna olmaqla  qitələrarası ballistik raketlər və bombardmançı təyyarələr Ukraynada zərərsizləşdirilib,”.

 Pifer qeyd edib ki, Ukrayna nüvə başlıqlarını məhv etmək üçün Rusiyaya göndərməyə qərar verib, çünki Moskva Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və Ukraynaya qarşı güc tətbiq etməmək öhdəliyi götürüb.

"Tarixi bütünlüklə öyrənin" deyə o, Qrenelle tövsiyə edib.

ABŞ-nin keçmiş prezidenti Bill Klinton daha əvvəl 1990-cı illərdə özünün Ukraynanın nüvə silahsızlanmasındakı roluna görə təəssüfləndiyini bildirərək, əks halda Rusiyanın başqa cür genişmiqyaslı işğala başlamayacağını bildirmişdi.

Arayış üçün: 

1994-cü ilin yanvarında Klinton Rusiya və Ukraynanın o vaxtkı prezidentləri Boris Yeltsin və  Leonid Kravçuk ilə SSRİ-nin dağılmasından sonra Ukrayna ərazisində qalan strateji nüvə silahlarının arsenalının ləğvi haqqında üçtərəfli saziş imzalayıb.

Həmin ilin dekabrında ABŞ də Rusiyanın Ukraynanın ərazi bütövlüyünə hörmət etmək öhdəliyini özündə əks etdirən Budapeşt Memorandumuna qoşulub.

S.Laçın

 

Seçilən
184
50
moderator.az

10Mənbələr