İndoneziyanın Bali əyalətinin hökuməti xarici turistlər üçün geyimlərlə bağlı yeni göstərişlər hazırlayıb.
Demokratikmusavat.com NTV-yə istinadla xəbər verir ki, yeni qaydaları Bali qubernatoru Vayan Koster açıqlayıb. O bildirib ki, yeni qaydalar əcnəbi turistlərin xüsusilə müqəddəs və dini yerləri ziyarət edərkən təvazökar geyimdə olmasını tələb edir.
Ada ziyarətçilərinə zibil atmaq, resursları çirkləndirmək və birdəfəlik plastikdən istifadə etmək də qadağandır. Xarici turistlər Balidə olarkən 150 min İndoneziya rupisi (təxminən 16 manat) rüsum ödəməlidirlər.
"Qaydaları pozan xarici turistlər İndoneziya qanun və qaydalarına uyğun olaraq sanksiya və ya hüquqi tədbirlər şəklində sərt tədbirlərə məruz qalacaqlar", - deyə Vayan Koster əlavə edib.
Billurə Yunus