Bayram günlərində (18.03.2025-ci il tarixindən 26.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 22 nəfər qəbul edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.