"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş İngiltərə Premyer Liqasının başqa komandasına keçə bilər.
90deqiqe.Az-ın " Blue Footy"a istinadən verdiyi xəbərə görə, "Çelsi" klubu ingilis futbolçunun xidmətində maraqlıdır.
"Şəhərlilər"in rəhbərliyi cinah oyunçusunu yay transfer pəncərəsində satmağa hazırdır.
Daha əvvəl "Milan"ın yarımmüdafiəçi ilə maraqlandığı bildirilirdi.
Cek 2021-ci ilin avqustundan "Mançester Siti"də oynayır. Tərəflər arasında əmək müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatır. Onun bazar dəyəri 35 milyon avrodur. Premyer Liqanın cari mövsümündə yarımmüdafiəçi 16 oyun keçirib və cəmi 1 məhsuldar ötürmə edib.