ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə vurğulayıb ki, Vaşinqton Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, diplomatlar əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər: "Dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib", - sənəddə deyilir.
Rubio həmçinin beynəlxalq terrorizm üçün baza və ya İranın sabitliyi pozan hərəkətləri üçün platforma olmayacaq sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın zəruriliyini vurğulayıb.