AZ

Cəlilabadda ağır qəza – Ölən və xəsarət alanlar var

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, , hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

“VAZ 2101” markalı avtomobil, BMW markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “VAZ 2101” markalı avtomobilin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin Gülsüm Abdullayeva dünyasını dəyişib.

TƏBİB-dən bildirilib ki, bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, 1953-cü il təvəllüdlü şəxsə sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü şəxsə sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib, hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. 1 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
76
21
heftelik.az

10Mənbələr