Yevlaxda bir gündə iki şərnişin avtobusu qəza törədib. Yaralılar var.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib.
Hadisənin biri rayonun Əkşəm kəndindən keçən hissəsində baş verib.
"Vaz 2106 " avtomobillə sərnişin daşıyan avtobusla toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar 41 yaşlı Jalə Süleymanova, 22 yaşlı Nuray Kərimova, 30 yaşlı Vüsal Məmmədov, 35 yaşlı Arzu Məmmədova, 48 yaşlı Nurlana Məmmədova və 34 yaşlı Çinarə Əliyevadır.
Digər qəza isə rayonun Xaldan kəndindən keçən hissəsində baş verib. Qəzada "Ford" markalı sərnişin mikroavtobusu "Vaz 2112" markalı minik maşını ilə toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu